Əsgər Rəhimov (II)

Aktyor

Doğum tarixi:

27 noyabr 1956

Vəfat tarixi:

21 mart 2017


Əsgər Ağarəhim oğlu Rəhimov Göyçayda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində təhsil alıb (1979).

Azərbaycan Dövlət Rus Dram Teatrında (1978-1988, 2005-2017), Bakı Kamera Teatrında aktyor vəzifəsində çalışıb.

Rusiya film istehsalçılarının “Biz sizə müharibə elan edirik” (2010, rejissor İqor Xolodkov) serialında Mart rolunda çəkilib. 

Əməkdar artist (2012) Əsgər Rəhimov 2017-ci ildə vəfat edib.

Aktyor Əsgər Rəhimov (II) aktrisa Aleksandra Nikuşinanın həyat yoldaşı olub.
Aktyor Əsgər Rəhimov (II) aktyor Teymur Rəhimovun atasıdır.