Əşrəf Quliyev

Aktyor

Doğum tarixi:

29 iyun 1924

Vəfat tarixi:

10 fevral 1994


Əşrəf Hacı oğlu Quliyev Bakıda anadan olub.

Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb.

Tələbə ikən Azərbaycan Akademik Dövlət Teatrının tamaşalarında kütləvi səhnələrə çıxıb. 1938-ci ildə təyinatla İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərilib. Böyük Vətən müharibəsində iştirak edib. Müharibədən qayıtdıqdan sonra az müddət İrəvan teatrında işləyib və sonra yenicə açılmış Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1952-ci ildən Akademik Milli Dram Teatrında rejissor işləyib.

1984-cü ildən yalnız Azərbaycan Dövlət İncəsənət İnstitutunda işləyib, aktyor və rejissor sənətindən dərs deyib, Aktyor sənəti fakültəsinin dekanı olub.

Müxtəlif illərdə Lənkəran və Gəncə teatrlarında tamaşalara quruluşlar verib. 

Əməkdar incəsənət xadimi (1974) Əşrəf Quliyev 1994-cü ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.

Teatr rejissor, aktyor Əşrəf Quliyev aktrisa Əminə Babayevanın həyat yoldaşıdır.