Asif Kərimov
Doğum tarixi:
05 avqust 1966
Asif Kərimov Şamaxıda anadan olub.
Şamaxı şəhər musiqi məktəbində (1976-1981), Sumqayıt şəhər Soltan Hacıbəyov adına Orta İxtisas Musiqi Məktəbində (1981-1985), Azərbaycan Musiqi Akademiyasında (1989-1994) təhsil alıb.
Respublika üzrə keçirilən ifaçılıq müsabiqəsində kamança ixtisası üzrə ikinci yerə layiq görülüb (1984). Qobustan rayon musiqi məktəbində musiqi müəllimi kimi çalışıb (1987-1989). Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara” qrupunda fəaliyyət göstərib. 1994-cü ildə üç musiqiçi ilə birlikdə “Rast” qrupunu yaradıb. Qrup ilə birlikdə KVN komandasının konsertlərində musiqi tərtibatçısı kimi fəaliyyət göstərib və "Rast" qrupu ilə birlikdə Rafiq Babayevin rəhbərlik etdiyi studiyada çalışıblar. İlk bəstəsi olan “Gecədən sübhədək” mahnısı 1993-cü ildə yazılıb və Mətanət İsgəndərlinin ifasında səslənib. 1998-ci ildə Heydər Əliyev Sarayında Mətanət İsgəndərlinin 2 günlük konsertini təşkil etməklə konsert təşkilatçılığı və konsertlərin musiqi rəhbəri fəaliyyətinə başlayıb. Müxtəlif televiziya kanallarında yayımlanan səs yarışma layihələrində münsif kimi çıxış edib. “Xaqan” instrumental qrupunun bədii rəhbəridir.