Asif Mirzəzadə
Montaj rejissoru
Montajçı
Aktyor
Prodüser
Musiqi tərtibatçısı
Rejissor
Doğum tarixi:
08 iyun 1992
Asif Vasif oğlu Mirzəzadə (Asif Vasifoğlu) Bakıda anadan olub.
Qara Qarayev adına 8 saylı musiqi məktəbinin skripka ixtisasında (2001-2008), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram aktyoru fakültəsində (2009-2013) təhsil alıb.
Azərbaycan Dövlət Kukla Teatrında dram aktyoru (2011-2013), ANS televiziyasında kompüter montajçısı (2013-2015), “Caliber” MMC-də montaj rejissoru (2020-2022) kimi çalışıb.
2015-ci ildən İctimai televiziyada montaj rejissorudur.