Asya Atakişiyeva

Aktrisa

Doğum tarixi:

04 fevral 1985


Asya Çingiz qızı Atakişiyeva Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivi rejissoru fakültəsində (2001-2005) və Rejissorluq fakültəsində (magistratura, 2008-2011) təhsil alıb.

2004-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. İlk rolu Kamal Abdullanın “Kim dedi ki, Simurq quşu var imiş” əsərində Gözəl qız rolu olub. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan televiziyasında “Əsgər anı” verilişinin aparıcısı olub.

Aktrisa Asya Atakişiyeva aktyor Əmrah Dadaşovun həyat yoldaşıdır.