Ayaz Salayev

Rejissor Ssenari müəllifi Aktyor Redaktor Məsləhətçi İcraçı prodüser Kinoşünas

Doğum tarixi:

01 avqust 1960


Ayaz Ramiz oğlu Salayev Bakıda anadan olub.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb (1977-1982).

ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, “Müasir film” fənnindən dərs deyib (1986-1988).

Dünya kinosunun tarixinə aid 200-ə qədər televiziya verilişlərinin müəllifidir (“Retro” - 1979-1985, “Anlam” - 1998-2000).

Azərbaycan Elmlər Akademiyasında və “Azərbaycanfilm”də redaktor vəzifəsində (1983-1985, 2020), “İnternyus-Azərbaycan”da çalışıb.

“Yarasa” filmi Beynəlxalq Avropa Kinosu Festivalında Qran Priyə (Anje / Fransa) və digər nüfuzlu mükafatlara layiq görülüb.

Almaniya-Rusiya istehsalı olan “Mühacir” (2010, rejissor Yevgeni Epşteyn) filmində çəkilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

Azərbaycan Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədridir.

Əməkdar incəsənət xadimidir (2000). Tərəqqi medalı ilə təltif olunub (2023).