Aybəniz Heydərova
Aktrisa
Doğum tarixi:
29 yanvar 1983
Aybəniz Heydərova (Aybəniz Əhmədova Nəriman qızı) indiki Ermənistanın Kirovakan şəhərində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (2002-2006, Cənnət Səlimovanın kursu).
Körpəm Ekperimental Uşaq Teatrında çalışıb (1997-2005).
2006-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.