Aygün Bayramova

Musiqi ifaçısı

Doğum tarixi:

13 avqust 1967


Aygün Əliqulu qızı Bayramova Ağdamın Sarıhacılı kəndində anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda (1989, Şövkət Ələkbərovanın sinfi), Azərbaycan Dövlət Konservatoriyasında (1995) təhsil alıb.

1989-cu ildən Muğam Teatrının, 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları – “Leyli və Məcnun”da Leyli, “Natəvan”da Müğənni, “Koroğlu”da Xanəndə qız, “Aşıq Qərib”də Şahsənəmi ifa edib.

Xalq artistidir (2005).