Aygün Bəylər
Doğum tarixi:
22 avqust 1975
Vəfat tarixi:
06 yanvar 2024
Aygün Bəylər (Aygün Hümbətova Aydın qızı) Bakıda anadan olub.
Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfində, Azərbaycan Dövlət Konservatoriyasının Xanəndəlik fakültəsində (1998), Bakı Musiqi Akademiyasının Simfonik dirijorluq və bəstəkarlıq fakültəsində (2012) təhsil alıb.
1988-ci ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında çalışıb. 1995-ci ildə Şövkət Ələkbərova adına musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb. Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında birinci mükafata layiq görülüb (2005).
Əməkdar artist (2002) Aygün Bəylər 2024-cü ildə Ankarada vəfat edib, Bakıda Yeni Suraxanı qəbiristanlığında dəfn olunub.