Aynişan Quliyeva
Musiqi ifaçısı
Aktrisa
Doğum tarixi:
21 mart 1991
Aynişan Xalid qızı Quliyeva (Aynişan Khalid) Bakıda anadan olub.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, İstanbul Bahçeşehir Universitetinin magistraturasında təhsil alıb.
Uşaq yaşlarından Aybəniz Haşımovanın rəhbərliyi altında “Bülbüllər” musiqi kollektivində solist çalışıb. 2011-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turunda finala yüksəlib. Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edib. “Slavyanski Bazar” yarışmasında iştirak edib (2011, Vitebsk / Belarus).
Aktrisa, müğənni Aynişan Quliyeva müğənni Aybəniz Haşımovanın qızıdır.