Azər Aydəmir
Doğum tarixi:
24 iyul 1986
Azər Rauf oğlu Aydəmir (Azər Aydəmirov) Bakıda anadan olub.
Xəzər Universitetinin Tarixşünaslıq ixtisasında təhsil alıb.
Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. “Azərbaycan yolları”, “Zirvə yolu”, “Revanş” qəzetlərində müxbir, “Caspian Energy” jurnalında müxbir və reklam meneceri kimi fəaliyyət göstərib. Bir sıra avtomobil şirkətlərində PR və marketinq meneceri vəzifəsində çalışıb. “Zirvə motors” (İsuzu) şirkətinin direktoru işləyib (2008). Restoran və otelcilik fəaliyyəti ilə məşğul olub (2005-2014). “Z CLUB” karaoke klubunun əsasını qoyub. Tədbir təşkilatçısı kimi fəaliyyət göstərib. 2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb. 2019-cu ildən “Azercell”in rəsmi səsidir. 2019-cu ildən İctimai televiziyada aparıcılıq edib, həm də kanalın rəsmi səsidir.
Hazırda həm də ssenari müəllifliyi və prodüserliklə də məşğuldur.
2024-cü ildən “Aydemir Entertainment”in təsisçisi və rəhbəridir.
Filmoqrafiya
-
Ağabəyovlar
2012-2014
bədii serial
Rollarda
-
Zabit şərəfi
2015
qısametrajlı bədii film
Rollarda
-
Pərdə
2016
tammetrajlı bədii film
Rollarda, İkinci rejissor
-
Əlvida, Şmidt!
2019
tammetrajlı bədii film
Rollarda
-
Mən burada tək olmuşam
2019
tammetrajlı bədii film
Rollarda
-
Olimpia
2021
tammetrajlı bədii film
Rollarda
-
Apatiya
2024
tammetrajlı bədii film
Rollarda
-
Bəlkə də...
2025
tammetrajlı bədii film
Rollarda
-
Otel Loo
2025
tammetrajlı bədii film
Rollarda
-
Apatiya 2
2025
tammetrajlı bədii film
Rollarda
-
Doğma torpaq
2025
tammetrajlı bədii film
Rollarda