Azər Mirzəyev

Aktyor Ssenari müəllifi Redaktor

Doğum tarixi:

12 may 1952

Vəfat tarixi:

19 iyul 2014


Azər Əlibala oğlu Mirzəyev Zərdabda anadan olub. Atasının işi ilə əlaqədar olaraq ailəsilə Sabirabad rayonuna köçüb.

“Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasında (1968-1970), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində (1970-1974) təhsil alıb.

1974-cü ildə təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib. Ömrünün sonuna qədər bu teatrda çalışıb.

Əməkdar artist Azər Mirzəyev 2014-cü ildə vəfat edib, Sabirabad rayonunda dəfn olunub.