Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

Musiqi ifaçısı

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

1931-ci ildə Azərbaycanda ilk dəfə Üzeyir Hacıbəyli notla çalınan xalq çalğı alətləri orkestrini yaradır. Həmin orkestrin üzvləri Səid Rüstəmov, Əliövsət Sadıqov, Bəhram Mansurov, Xosrov Malikov, Qılman Salahov və digərlərindən ibarət olub. Orkestrin tərkibi 2 balaban, 2 tar, 2 kamança, 1 dǝf, 1 nağaradan ibarət idi. 1936-cı ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan Dövlət Filarmoniyasında "Mahnı və Rəqs ansamblı" yaradıldı. Həmin ansambla bədii rəhbər kimi Üzeyir Hacıbəyli öz assistenti drijor, xormeyster, kamança ifaçısı Qılman Salahovu təyin etdi. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Respublikasının Mədəniyyət və İncəsənət 10 günlüyündə Qılman Salahovun rəhbərlik etdiyi "Mahnı və Rəqs ansambli" da öz çıxışını edir. Bu uğurlu çıxışlarından sonra ansambla Dövlət Statusu verilərək "Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı" adlandırıldı.
Müxtəlif dövrlərdə kollektivə Üzeyir Hacıbəyovla yanaşı bəstəkarlar Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib.
Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa rəqs ustaları yetişib.
Ansamblın repertuarını Azərbaycan və dünya xalqların mahnı rəqsləri, xor əsərləri təşkil edir.
2000-ci ilin yanvar ayından ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı alətləri fəaliyyət göstərir.
Mahnı və rəqs ansamblının bədii rəhbəri və dirijoru Ağaverdi Paşayevdir. 
1958-ci ildə "Əməkdar kollektiv" fəxri adına layiq görülüb.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu