Dadaş Adna

Operator İkinci operator

Doğum tarixi:

03 fevral 1978

Vəfat tarixi:

01 mart 2015


Dadaş Adna (Əbdülqasım Adnayev İsrafil oğlu) Naxçıvanın Sədərək rayonunda anadan olub.

Azərbaycan televiziyasında “Mədəniyyət xəbərləri” və “Zirvə” verilişlərinin operatoru olub (2001-2002). 2002-ci ildən “Gadimbayli Production”da baş operator və texniki işlər üzrə menecer kimi çalışıb. Paralel olaraq fotoqraf və dizayner kimi də fəaliyyət göstərib, loqotiplərin hazırlanmasında iştirak edib. 2006-ci ildən RTV Regional Televiziya Şirkətinin Bakı ofisində Arxivarus və kameraman kimi çalışıb. Müxtəlif mövzularda bədii fotossesiyaları mövcuddur. Fəlsəfi fikirləri və sərbəst vəzndə yazdığı underground şeirləri ilə də diqqət çəkib.

Dadaş Adna 2015-ci ildə vəfat edib.