Elçin Hami Axundov
Doğum tarixi:
07 fevral 1948
Elçin Hami Əbdul oğlu Axundov (Elçin Axundov / Elçin Hami) Bakıda anadan olub.
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), “Azərbaycanfilm” kinostudiyasının nəzdində iki illik “animasiya rəssamı” kursunda, Lvov Poliqrafiya İnstitutunun Qrafika fakültəsində (1978) təhsil alıb.
1966-cı ildən quruluşçu rəssam, animator rəssam, rejissor kimi kino sahəsində çalışır. Bir müddət “Azanfilm” animasiya filmləri studiyasının bədii rəhbəri (1994-2012) və direktoru (2000-2012) olub. Bir çox animasiya filmlərinin rəssamı və rejissorudur.
2016-cı ildən “Qurama” Uşaq Animasiya Studiyasının təsisçisi və rəhbəridir. Azərbaycan Animasiya Assosiasiyasının həmtəsisçisidir. Kiçik yaşlı uşaqlar üçün “Özün düzəlt” silsiləsinin (“Arşın mal alan”, “O olmasın, bu olsun”), “Sənin ilk kitabın” silsiləsinin (“Addım-addım öyrən və zəhmət çək”, “Ekoloji əlifba”) və s. kitabların müəllifidir. Beynəlxalq animasiya festivallarının münsiflər heyətinin üzvü olub.
“Qızıl çıraq” mükafatı, “Naməlum kino” festivalının mükafatı, II Animafilm Beynəlxalq Animasiya Festivalında Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıq qayıq” mükafatı (2019), Daşkənd Beynəlxalq Animasiya Forumunda “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı (2022) ilə təltif olunub.
Əməkdar mədəniyyət işçisidir (2000).