Elçin İmanov
Aktyor
Doğum tarixi:
11 yanvar 1971
Elçin Bəhram oğlu İmanov Yardımlının Tilə kəndində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1988-1993).
Azərbaycan Dövlət Rus Dram Teatrında (1989-1996), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1996-2000) aktyor kimi fəaliyyət göstərib. Şoumenlik və aparıcılıq edir, televiziyada və Bakı Dövlət Sirkində aparıcı olub. 2002-ci ildən yenidən teatra qayıdıb. Hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyorudur.