Elxan İsmayılov

Aktyor Kastinq rejissoru (Aktyorlarla iş üzrə rejissor)

Doğum tarixi:

24 iyul 1974


Elxan İsmayıl oğlu İsmayılov (Elxan Səma) Tovuzda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsində təhsil alıb (1993-1997).

Bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında balet artisti işləyib (1994-1997). 1997-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorudur. Hazırda Azərbaycan Dövlət Kukla Teatrının truppa müdiridir.