Elnur Allahverdizadə

Səs rejissoru Səs operatoru Bum operatoru

Doğum tarixi:

15 may 1995

Vəfat tarixi:

07 noyabr 2020


Elnur Əli oğlu Allahverdizadə Sumqayıtda anadan olub. Əslən Zəngilandandır.

Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin çex dili ixtisasında təhsil alıb (2012-2016).

Səs rejissoru kimi fəaliyyət göstərib. "Picmus production” ilə əməkdaşlıq edib.

Vətən müharibəsində iştirak edib (2020).

Elnur Allahverdizadə 7 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 8 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.