Emin İbrahimov
Doğum tarixi:
01 yanvar 1981
Vəfat tarixi:
12 noyabr 2025
Emin Rəşid oğlu İbrahimov Bakıda anadan olub.
Belçikada United Business Institutesda Biznesin idarə olunması ixtisası üzrə bakalavr, Brussels Free Universitydə isə magistr dərəcəsi alıb.
Korporativ maliyyə sahəsində ixtisaslaşıb. Peşəkar fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Qiymətli Kağızlar Komitəsində başlayıb. Azərbaycan Beynəlxalq Bankında, BP Azerbaijan şirkətində çalışıb. “Best Solutions” şirkətinin həmtəsisçilərindən biri olub.
2010-cu ildə həyat yoldaşı Mariya İbrahimova ilə birlikdə “Cinex” kinokompaniyasını təsis edib. Operator kimi Çin və Portuqaliyada peşəkar kurs və ustad dərslərində iştirak edib. “Cinex” uzun müddət “Euronews” telekanalının Azərbaycandakı rəsmi nümayəndəsi kimi fəaliyyət göstərib. 44 günlük Vətən müharibəsi zamanı “Euronews”un xüsusi müxbiri olaraq döyüş bölgəsində çalışıb. “Tərəqqi” medalı ilə təltif edilib.
Emin İbrahimov 2025-ci ildə avtomobil qəzası nəticəsində Türkiyədə vəfat edib, Bakıda dəfn olunub