Emin Mirabdullayev
Doğum tarixi:
13 avqust 1969
Emin Mirabdullayev Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino rejissorluğu fakültəsində təhsil alıb (1986-1992).
Rus Dram Teatrında quruluşçu rejissor (1992-1996), ANS televiziyasında rejissor (1996-1998), baş prodüser (1998-2000), McCann Erickson şirkətində kreativ direktorun köməkçisi (2000-2005), Space televiziyasında baş prodüser (2005-2006), Pro-Cent Prodüser Mərkəzində kreativ direktor (2009-2010) olaraq çalışıb. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissorudur.
“İlin ən yaxşı rejissoru” nominasiyasında “Humay” (2008), “İlin ən yaxşı klipi” nominasında “Humay” (2004), “Postskriptum” filminə görə “Ən yaxşı debüt” nominasiyasında “Qızıl Pəri” (2018) mükafatlarına layiq görülüb.