Etibar Babayev
Layihə rəhbəri
Doğum tarixi:
14 iyul 1967
Vəfat tarixi:
03 iyul 2020
Etibar Kamal oğlu Babayev Bakıda anadan olub.
Uzun müddət Azərbaycan televiziyasında çalışıb. “Kinoklub” televiziya layihəsinin yaradıcısı və rəhbəri olub. Televiziyada istehsal olunmuş bir çox film layihələrinə rəhbərlik edib. Azərbaycan televiziyasının bədii rəhbəri (2018), Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru (2019-2020) olub.
Əməkdar incəsənət xadimi Etibar Babayev 2020-ci ildə vəfat edib.
Rejissor Etibar Babayev operator Bəxtiyar Babayevin qardaşıdır.