Fərhad Yusifov
Doğum tarixi:
10 may 1956
Fərhad Fəttah oğlu Yusifov (Mark Jozef / Mark Joseph) Moskvada anadan olub.
Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi musiqi məktəbinin piano ixtisasında, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində (1976-1982, Yefim Dziqanın kursu) təhsil alıb.
Xarici film istehsalçılarının “Rüstəm və Söhrab” (1976, rejissor Bension Kimyagərov / Tacikistan) filmində baş rolda – Siyavuş rolunda, “Sövdə” (1985, rejissor Mixail Vedışev / Rusiya) filmində oğru rolunda çəkilib.
1989-cu ildən Qərbə köçüb. Hazırda Kanadanın Monreal şəhərində yaşayır və Mark Jozef adını qəbul edib. Qrafik dizayn və videomontaj üzrə təhsil alıb. "RTVC" telekanalında çalışıb, müəllif proqramları, reklam çarxları hazırlayır. Kanadada həm də film sahəsində çalışır.
Aktyor, rejissor Fərhad Yusifov aktrisa Dinarə Yusifovanın qardaşıdır.