Fikrət Qoca
Doğum tarixi:
25 avqust 1935
Vəfat tarixi:
05 may 2021
Fikrət Göyüş oğlu Qoca (Fikrət Qocayev) Ağdaşın Kotanarx kəndində anadan olub.
Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb (1964).
Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərib. “Qobustan” incəsənət toplusunun baş redaktoru (1987), Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi, AYB-nin birinci katibi (1998-2021) olub. 1956-cı ildən mətbuatda çap olunub. Bir çox kitabları nəşr olunub. Dövlət mükafatı (2016), “Humay” mükafatı (1998), “Şöhrət” (1995), “Şərəf” (2015) və “İstiqlal” (2020) ordenləri ilə təltif olunub.
Əməkdar incəsənət xadimi (1979), Xalq şairi (1998) Fikrət Qoca 2021-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.