Fuad Əhmədov
Doğum tarixi:
20 avqust 1949
Vəfat tarixi:
10 may 2004
Fuad Məhəmmədəli oğlu Əhmədov Şamaxının Çaylı kəndində anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasının Solo oxuma ixtisasında təhsil alıb (1974-1979).
Təhsil illərində Dövlət Filarmoniyasının xor kapellasında vokalist kimi fəaliyyət gostərib. Məzun olduqdan sonra təyinatını Musiqili Komediya Teatrına alıb. Teatrda artist vokalist kimi fəaliyyət göstərib. Bir müddət Hacıbaba Bağırovun Bakı Bələdiyyə “Tənqid-Təbliğ” Teatrında aktyor kimi çalışıb (1988-1996). 1996-cı ildən yenidən Musiqili Komediya Teatrına qayıdıb və ömrünün sonuna kimi solist-vokalist aktyor, eyni zamanda Rus bölməsi üzrə aktyor truppasının müdiri kimi fəaliyyət göstərib.
Fuad Əhmədov 2004-cü ildə vəfat edib.