Gəray Əlibəyov

Prodüser Ssenari müəllifi Rejissor Aktyor Direktor

Doğum tarixi:

29 mart 1955


Gəray Ayaz oğlu Əlibəyov Füzulinin Dədəli kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil alıb (1973-1977).

Sumqayıt Dovlət Teatrında aktyor, Veteran klubunda direktor (1986-1988), Araz kinoteatrında müdir müavini (1988-1990), direktor (1990-1993), “Sinema” kiçik dövlət müəssisəsində direktor (1988-1993), “Elşad K” şirkətinin prezidenti (1996-2000) olub.

Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədri (2007), “Ulus Film” Prodüser Mərkəzinin direktoru (2008), simurq.info saytının baş redaktorudur (2017). 

2021-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədridir.