Gülnar Məmmədli
Ssenari müəllifi
Aktrisa
Doğum tarixi:
02 avqust 1982
Gülnar Çingiz qızı Məmmədli Şəki şəhərində anadan olub.
Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1999-2003).
Tələbə ikən “Ədalət” qəzetində, Azərbaycan televiziyasında təcrübə keçib. “Ədalət” qəzetinin əlavəsi kimi çıxan tələbə qəzetinin məsul katibi olub. Press-klubda Prezident Seçkiləri ilə bağlı yaradılan informasiya mərkəzində işləyib (2003). İctimai televiziyada Xəbərlər departamentində müxbir (2005-2013), Carçıfilm Yaradıcılıq Birliyində ssenarist (2013-2024) olaraq çalışıb.
Ssenarist Gülnar Məmmədli rejissor Elçin Qasımovun həyat yoldaşıdır.