Habil Xanlarov

Aktyor

Doğum tarixi:

15 mart 1973


Habil Tehran oğlu Xanlarov Füzulinin Babi kəndində anadan olub.

1990-cı ildə müsabiqə yolu ilə Füzuli Dövlət Dram Teatrının aktyor ştatına qəbul olunub. Füzuli şəhərinin işğal olunması səbəbindən 1993-cü ildə Füzuli teatrı Sumqayıt şəhərinə köçürülüb. Bir müddət eyni vaxtda həm Füzuli, həm də Sumqayıt Dövlət Musiqili Dram Teatrında işləyib (1993-2005). Hazırda Sumqayıt Dövlət Dram Teatrının aktyorudur.