Hafiz İmamnəzərli
Doğum tarixi:
22 aprel 1966
Hafiz İmamnəzərli (Hafiz Eynullayev Minəxan oğlu / Hafiz Nəzərli) Yardımlıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
“Azərbaycanfilm” kinostudiyasında direktor köməkçisi (1991-1992), Azərbaycan televiziyasının “Gənclik” baş redaksiyasında və “Azərbaycantelefilm” Yaradıcılıq birliyində redaktor (1993-1994), Dolab-İnterkinovideo şirkətində baş direktor (1994-1996), AzTV-nin “Xəbərlər” xidmətində (1996), Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri (1997-1998), Dünya TV-də baş redaktor (2000-2001), Lider TV-də redaktor (2001-2004), İctimai TV-də redaktor (2005-2006), Space TV-də redaktor (2006-2007), AzTV-də baş redaktor müavini (2008-2018) olaraq çalışıb.
2021-ci ildən Dövlət Film Fondunun əməkdaşıdır.