Hacımurad Yagizarov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

18 iyul 1939

Vəfat tarixi:

13 sentyabr 2025


Hacımurad Hacıəhməd oğlu Yagizarov (Hacı Murad Yagizarov) Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1958-1962).

1962-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib.

Xarici film istehsalçılarının “Spiral” (1990, rejissor Qiuli Çoxonelidze / Gürcüstan) serialında, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında nazir müavini rolunda, “İberiyadan Antimoz” (2011, rejissor Qiuli Çoxonelidze / Gürcüstan) filmində baş vəzir rolunda, “Məkkə” (rejissor Elmar İmanov / Almaniya) filmində, “Nürnberq prosesi” (Almaniya) filmində, “Şpeyer və o” (Almaniya) filmində sovet polkovniki rolunda, “Şübhə altında” (Almaniya) filmində Azərbaycan naziri rolunda çəkilib.

“Şöhrət” (2009), “Şərəf” (2019) ordenlərinə, “Humay”, “Qızıl Dərviş” (1996) və Dövlət mükafatlarına (1986) layq görülüb. 

Bir müddət Almaniyada yaşayıb.

Əməkdar artist (1974), Xalq artisti (1982) Hacımurad Yagizarov 2025-ci ildə Münhendə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.