Hilal Baydarov

Rejissor Ssenari müəllifi Operator Montajçı Aktyor Səs rejissoru Prodüser

Doğum tarixi:

30 sentyabr 1987


Hilal Üzeyir oğlu Baydarov Zaqatalada anadan olub. 

Orta məktəbdə ikən iki dəfə riyaziyyat üzrə respublika birinciliklərinin qalibi olub. 2011-ci ildə informatika olimpiadasında Azərbaycan komandasına rəhbərlik edib. Türkiyənin ODTÜ Orta Doğu Texniki Universitetində kompüter elmləri üzrə və Sarayevo Kino Akademiyasında Bela Tarrın kino kurslarında təhsil alıb.

Filmləri beynəlxalq fetivallarda mükafatlara layiq görülüb.