Hüseyn Ərəblinski

Aktyor

Doğum tarixi:

01 yanvar 1881

Vəfat tarixi:

04 mart 1919


Hüseyn Məmməd oğlu Ərəblinski (Hüseynağa Xələfov) Bakıda anadan olub.

Mollaxanada, rus-müsəlman məktəbində oxuyub. İlk dəfə səhnəyə 1897-ci ildə Cahangir Zeynalovun hazırladığı “Lənkəran xanının vəziri” komediyasında mehtər Kərim rolunda çıxıb. 1905-ci ildə “Müsəlman Artistləri Cəmiyyəti”nin Lənkəran qastrolu zamanı Fəxrəddin obrazını (Nəcəf bəy Vəzirov “Müsibəti-Fəxrəddin”) ona oynayıb və bununla tanınıb. Nicat Cəmiyyətinin nəzdindəki teatr truppasının (1906-1913), sonralar Səfa Cəmiyyətinin, Zülfüqar və Üzeyir Hacıbəyov qardaşlarının teatr truppasının aktyoru və rejissoru olub (1918-ci ildən). “Leyli və Məcnun” operettasının ilk quruluşçu rejissoru olub. Qadın rolunu oynamaq üçün bığını qırxdırandan sonra ailəsi ilə münasibəti bir qədər də gərginləşib.

Hüseyn Ərəblinski 1919-cu ildə qətlə yetirilib. Məzarı Fəxri xiyabandadır.