Hüseyn Arif

Əsərindən istifadə olunub

Doğum tarixi:

15 iyun 1924

Vəfat tarixi:

14 sentyabr 1992


Hüseyn Arif (Hüseyn Hüseynzadə Camal oğlu / Hüseyn Arıxov) Ağstafa rayonunun Yenigün kəndində anadan olub.

Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951), Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında (1951-1952) təhsil alıb.

Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), “Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləyib. Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlayıb. Pyesləri tamaşaya qoyulub. Əsərləri xarici dillərə tərcümə olunub, şeirlərinə musiqi bəstələnib. 1976-cı ildə oğlu Arif rəhmətə gedir, o gündən sonra Hüseyn Arif adını özünə təxəllüs götürüb. Yaradıcılığının sonrakı dövrünün böyük bir qismini də məhz oğluna yazdığı şeirlər tutur.

Xalq şairi (1989), Dövlət mükafati laureatı (1978) Hüseyn Arif 1992-ci ildə vəfat edib, doğulduğu kənddə dəfn olunub.