İlqar İbrahimov

Aktyor

Doğum tarixi:

03 mart 1959


İlqar Cəmil oğlu İbrahimov Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində təhsil alıb (1977-1981).

1978-ci ildə Sumqayıt Dövlət Dram Teatrında dekorator vəzifəsinə təyin olunub. 1978-ci ilin sonunda rejissor köməkçisi vəzifəsinə keçirilib. 1985-ci ildə Mingəçevir Dövlət Dram Teatrına ezam olunub (1985-1996), burada aktyor kimi çalışıb.

2001-ci ildən yenidən Sumqayıt Dövlət Dram Teatrının aktyorudur.