İlham Qasımov
Doğum tarixi:
20 avqust 1977
İlham Zakir oğlu Qasımov Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub.
Azərbaycan Texniki Universitetində təhsil alıb.
Tələbəlik illərində Azərbaycan Dövlət İqtisad Universitetinin “Biz biznesdənik” KVN komandasında çıxış edib və 1994-cü və 1995-ci illərdə Azərbaycan çempionu olub. Yaradıcılığına "Bakılı oğlanlar" ŞHK komandasında aktyor qismində davam edib. ABA TV-də rejissor və aparıcı, Space TV-də aparıcı, "Planet Parni iz Baku" KVN Teatrının konsertlərinin aparıcısı olub. Reklam filmlərinin, musiqi kliplərinin və televiziya verilişlərinin rejissoru olub.
Reklam və film istehsalı ilə məşğul olan “Kintamani Film”in təsisçisi və rəhbəridir.
2023-cü ildən Heydər Əliyev Sarayının direktorudur.