İlham Rəhimli

Ssenari müəllifi Redaktor

Doğum tarixi:

08 sentyabr 1949


İlham Əziz oğlu Rəhimli Yevlaxın Malbinəsi kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb (1967-1972).

Təyinatla “Kommunist” qəzetində işə başlayıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. “Azərbaycan” qəzetinin baş redaktoru (1991-1992), Azərbaycan Respublikası Prezident Aparatının Humanitar siyasət şöbəsində böyük məsləhətçi (1992-1993), Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri (1993-2003) Azərbaycan televiziyasının Maarifçilik redaksiyasının baş redaktoru (2007-2011), Mədəniyyət kanalının direktor müavini (2001) vəzifələrində çalışıb. 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr tarixi kafedrasında dərs deyir. Yüzlərlə ədəbi məqalənin, kitabların müəllifidir. Televiziyada müхtəlif prоqramların aparıcısı оlub.

“Qızıl Qələm” (1977), “Qızıl Dərviş” (1992), “Humay” mükafatları, “Sənətkar” medalı (2021) laureatı, Əməkdar incəsənət xadimi (1989), sənətşünaslıq doktoru (1996), dosent (1991), professordur.