Cəbrayıl Əzimov
Rəssam
Geyim rəssamı
Doğum tarixi:
07 may 1926
Vəfat tarixi:
10 iyul 1969
Cəbrayıl Əlimuxtar oğlu Əzimov Bakıda anadan olub.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1941-1946), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində (1947-1953) təhsil alıb.
1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam işləyib.
Əməkdar rəssam (1964) Cəbrayıl Əzimov 1969-cu ildə vəfat edib.
Rəssam Cəbrayıl Əzimov aktrisa Töhfə Əzimovanın həyat yoldaşı olub.