Cəfər Həsənov
Aktyor
Doğum tarixi:
24 iyun 1988
Cəfər Həsənov (Cəfər Həsən) Bakıda anadan olub.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili və ədəbiyyatı bölməsində (2006-2010) və eyni ixtisas üzrə Qafqaz Universitetinin magistraturasında (2010-2012) təhsil alıb.
Bir çox fəlsəfi kitabların tərcüməsini edib. Ərəb, ingilis, rus və türk dillərində bilir. 2008-ci ildə Misirdə təcrübə kursu keçib. 2016-cı ildə Londonda “METfilm School”u bitirdikdən sonra “Vancouver Film School”da (Kanada, 2016-2018) aktyorluq təhsili alıb. Bir çox yerli və xarici qısa metrajlı filmdə və reklamda yer alıb.