Cəlal Bərgüşad
Doğum tarixi:
22 iyun 1924
Vəfat tarixi:
09 iyul 1996
Cəlal Bərgüşad (Cəlal Cavadov Novruz oğlu) Qubadlı rayonunun Qəzyan kəndində anadan olub.
Qubadlı fəhlə-gənclər məktəbində, Azərbaycan Dövlət Universitetinin Fılologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.
II dünya müharibəsində ağır yaralanaraq tərxis edilib (1943). Qubadlı rayon daxili işlər şöbəsində VVAQ müdiri (1943-1946), “Azərbaycan pioneri” qəzeti redaksiyasında ədəbi işçi (1951), 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləyib.
“Cənub taydan əsən meh” adlı ilk şeiri Qubadlıda çıxan “Avanqard” qəzetində dərc edilib (1946). “Babək” əsəri Tehranda (1984) farsca, “Qaçaq Nəbi” İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunub.
Cəlal Bərgüşad 1996-cı ildə vəfat edib.