Cavid Osmanov
Ssenari müəllifi
Aktyor
Doğum tarixi:
15 avqust 1986
Cavid Osmanov Rusiyanın Samara şəhərində anadan olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb (2004-2008).
Trend İnformasiya Agentliyində (2007-2008), Vesti-də (2009) jurnalist, ANS ÇM-də aparıcı, prodüser (2009-2013), ANS TV-də aparıcı (2011-2013), Fərqli Radioda aparıcı (2013-2015), AVTO FM-də aparıcı (2016), Antenn FM-də aparıcı (2017-2018), Xəzər FM-də aparıcı (2019) olaraq çalışıb.
2021-ci ildən report.az-ın əməkdaşıdır.