Kamal Yaşar

Rejissor Ssenari müəllifi Aktyor Filmi səsləndirən

Doğum tarixi:

02 avqust 1984


Kamal Yaşar (Kamal Məmmədov Yaşar oğlu) Gəncədə anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisasında (2011-2017, bakalavr, magistratura), Bakı Film İnstitutunda (2012) təhsili alıb.

Region TV-nin Mədəniyyət departamentində (2011-2017), ANS TV-nin dublyaj redaksiyasında (2015-2016) çalışıb. Antenn FM radiosunda “Canlı kitab” layihəsinin (2019), Mədəniyyət televiziyasında “Kinokitab” layihəsinin (2020-2022), Retro FM-də “Şeir mənim üçün” layihəsinin müəllifi və aparıcısı, “WOW School+” tədris mərkəzində Nitq/Diksiya müəllimi (2019) kimi fəaliyyət göstərib.

Dövri mətbuatda film və tamaşalarla bağlı yazıları dərc olunur. VII Avropa Filmləri Festivalı Kinoresenziya Müsabiqəsinin qalibi olub və mükafatçı kimi 67-ci Berlin Film Festivalında iştirak edib (2017).

Aktyor və rejissor olaraq dublyaj və mətn səsləndirməsi fəaliyyəti ilə məşğuldur.