Kəmalə İsmayılova

Ssenari müəllifi Filmi səsləndirən

Doğum tarixi:

17 noyabr 1979


Kəmalə İsmayılova Tərtərdə anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyətşünaslıq-kulturologiya fakültəsində təhsil alıb (1994-1998).

"Ekspress", "Nota Bene" qəzetlərində müxbir-redaktor, "TV Plyus" jurnalında müxbir- redaktor, Mədəniyyət TV-də "Epizod",  "1895", "Gözəlsən", "KinoKlub" verilişlərinin  ssenari müəllifi olub.

2006-cı ildən Azərbaycan Televiziya və  Radio QSC-nin Müəllif və Xüsusi Layihələr Departamentində, 2023-cü ildən Xüsusi Layihələr Studiyasında redaktor-ssenaristdir.