Kəmalə Mustafayeva
Aktrisa
Filmi səsləndirən
Doğum tarixi:
16 fevral 1991
Kəmalə Mustafayeva Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb.
Bir müddət “Bu şəhərdə” kollektivi ilə və Bakı Uşaq Teatrında çalışıb.
2016-cı ildən İstanbulda yaşayır. “Lady radio”-da aparıcı, redaktor və Kumbara Görsel Sanatlar Teatrının əsas aktrisası olaraq fəaliyyət göstərir. “Notr Dam qozbeli” müziklində Esmeralda rolu ilə Türkiyənin bir çox şəhərlərində qastrol səfərlərində olub.
“Köşem Sultan”, “Ver elini aşk”, “İstanbullu gelin” seriallarında çəkilib.