Kazım Əliverdibəyov
Doğum tarixi:
27 noyabr 1934
Vəfat tarixi:
19 dekabr 2022
Kazım Ağalar bəy oğlu Əliverdibəyov Bakıda anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin skripka sinfində, Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsində (1954-1959) təhsil alıb.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor (1958-1960), Opera və Balet Teatrında dirijor və baş dirijor (1960-1995, 2006-2010 müəyyən fasilələrlə) vəzifələrində çalışıb.
Eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub. Bakı Musiqi Akademiyasının professorudur. Türkiyənin İzmir Konservatoriyasında dərs deyib (1996-2005).
Əməkdar incəsənət xadimi (1978) Kazım Əliverdibəyov 2022-ci ildə vəfat edib.
Dirijor Kazım Əliverdibəyov bəstəkar Nazim Əliverdibəyovun qardaşıdır.