Xanım Aydın
Doğum tarixi:
08 may 1984
Xanım Aydın (Xanım Kərimova Aydın qızı) Bakıda anadan olub.
1 saylı incəsənət məktəbinin fortepiano sinfində (1991-1996), Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində (2014–2016) və Xarkov Milli Universitetinin Rus dili filologiyası fakültəsində (2015–2020, Ukrayna) təhsil alıb.
Mədəniyyət Nazirliyinin Məlumat Reklam Müəssisəsi, “Manera.Az” saytı, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, “Ulduz” jurnalı, “Kaspiy” qəzeti, “Kaspi” qəzeti, “Oxu.Az” saytında çalışıb. Eyni zamanda yazıçı, tərcüməçi və ssenarist kimi fəaliyyət göstərir.
“Yağış olmaq istəyirəm” (2014), “İkimiz” (2022) adlı şeirlər, “Çamadan” (2022) adlı hekayələr kitabı nəşr olunub.
Hazırda “Oxu.Az” saytında müxbir və tərcüməçi, “Oscarfilm production”ında ssenarist kimi çalışır.