Xosrov Abdullayev
Doğum tarixi:
29 yanvar 1926
Vəfat tarixi:
31 mart 1980
Xosrov Abdulla oğlu Abdullayev Şamaxıda anadan olub.
Moskva Dövlət Sirk Sənəti Məktəbində təhsil alıb (1942).
Məşhur sovet jonqlyorlarından olub. 30 ildən artıq bu janrda fəaliyyət göstərib. Həmçinin kloun və illüzionist kimi də tanınıb (Karandaş və E.Kionun proqramlarında). 1976-cı ildə ilk dəfə “İllüziya revüsü” attraksionu ilə müstəqil çıxış edib. Dünyanın 48 ölkəsində qastrolda olub.
Xarici film istehsalçılarının “Cəsurlar meydanı” (1953, rejissorlar Sergey Qurov, Yuri Ozerov / Rusiya), “Arena” (1967, rejissor Samson Samsonov / Rusiya), “Uçuş meydanı” (1973, rejissor Leonard Babaxanov / Özbəkistan) filmlərində çəkilib.
Xalq artisti (1977) Xosrov Abdullayev 1980-ci ildə Novosibirskdə vəfat edib, Moskvada Mitinskoye qəbiristanlığında dəfn olunub.