Konstantin Qavriş

Qrafika Montajçı 3D animasiya Rejissor qrupunun üzvü Kompüter mühəndisi İnzibatçı Rəng korreksiyası Animator Riqqinq

Doğum tarixi:

28 aprel 1979


Konstantin Viktoroviç Qavriş Bakıda anadan olub.

Moskvada “RealTime” Məktəbinin “3D-də klassik animasiya” kursunda təhsil alıb (2013).

“Rainbow Colors” reklam agentliyində (1996-1998) və “Ayna NM” reklam şirkətində (1998-2000) reklam dizayneri, “Azanfilm” animasiya studiyasında montajçı, kompüter mühəndisi, qrafist, animator (1998-2016) kimi çalışıb.

“Tərəqqi” medalı ilə təltif olunub (2016).

Hazırda CBC televiziyasının və CVN internet televiziyasının əməkdaşıdır.