Könül Əbilova
Aktrisa
Doğum tarixi:
01 avqust 1987
Könül Allahverdi qızı Əbilova (Könül Əbil) Gürcüstanın Bolinisi rayonunda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsində təhsil alıb (2011-2015, 2018-2020 magistratura).
Bakı Folklor Teatrında (2013), Azərbaycan Dövlət İrəvan Dram Teatrında (2015-2016) aktrisa kimi çalışıb.
2016-cı ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.