Lalə Axundova

Rejissor Ssenari müəllifi Aktrisa

Doğum tarixi:

17 may 1975


Lalə Axundova Bakıda anadan olub.

Bakı Dövlət Universitetində, Moskvada Ali ssenari və rejissorluq kurslarında (V.Xotinenko, P.Finn, V.Fençenkonun emalatxanasında), Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasında təhsil alıb.

25 yaşında siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. Moskvada çəkdiyi 2 dəqiqəlik “Ailə” filmi “Ən balaca stalker” prizinə layiq görülüb. Elə həmin il Fransada çəkdiyi “Çörək-qənnadı mağazası” adlı sənədli film də kifayət qədər uğurlu olub.

Lalə Axundova rejissor Ramiz Axundovun və jurnalist Elmira Axundovanın qızıdır.