Məbud Məhərrəmov
Aktyor
Filmi səsləndirən
Doğum tarixi:
12 mart 1957
Məbud Ələsgər oğlu Məhərrəmov Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində təhsil alıb (1978).
1978-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor vəzifəsində işləyir.
“Bakı payızı - 83” estrada müsabiqəsində estrada danışığı janrı üzrə I yerə layiq görülüb.
Rusiya film istehsalçılarının “Dronqo” (2002, rejissor Zinoviy Royzman) serialında, “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev) serialında Abram Arkadyeviç rolunda, “Studentı İnternational” (2006, rejissor Olqa Perunovskaya) serialında çəkilib.
Əməkdar artist (2000), Xalq artistidir (2006).