Məmmədağa Dadaşov

Aktyor

Doğum tarixi:

12 aprel 1912

Vəfat tarixi:

03 dekabr 1996


Məmmədağa Ağakərim oğlu Dadaşov Bakıda anadan olub.

Məktəb illərində 40 nömrəli pioner dəstəsinin dram dərnəyinin üzvü olub, səhnəyə isə ilk dəfə 14 yaşında çıxıb. Hazırkı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həmin dərnəyin bazasında yaradılıb. O da teatrın yaradıcılarından və truppanın ilk aktyorlarından biri olub. Ömrünün sonuna qədər bu kollektivdən ayrılmayıb.

Əməkdar artist (1957) Məmmədağa Dadaşov 1996-cı ildə vəfat edib.

Aktyor Məmmədağa Dadaşov aktrisa Kübra Dadaşovanın və rejissor-rəssam Rauf Dadaşovun atasıdır.